“Muhteşem Yüzyıl” serialının rejissorundan şok qərar

Bu vaxtadək bir sıra məşhur serialların müəllifi olan TİMS şirkəti  müvəqqəti olaraq fəaliyyətini dayandıracaq. Şirkət rəhbəri Timur Savcı belə qərara gəlib. Mütəmadi olaraq iş başında olan rejissor bunun səbəbini ailəsinə vaxt ayıra bilməməsində görüb. 15-16 bölümdən sonra çəkilişləri yekunlaşacaq "Muhteşem Yüzyıl" serialının TİMS şirkəti tərəfindən çəkiləcək digər bir tarixi serialla əvəzlənməsi planlaşdırılır. Lakin şirkət rəhbərinin anidən belə  qərar alması planları dəyişdirdi. Qeyd edək ki, TİMS şirkəti tərəfindən "Muhteşem Yüzyıl"la yanaşı "Çalıkuşu" serialı da çəkilir. Şirkət rəsmisi yenicə başladığı üçün serialı bitirə bilməyəcəklərini deyir. O qeyd edir ki, əgər kanal rəhbərliyi istəyərsə növbəti serialların çəkilişləri ilə məşğul ola bilərlər. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31