Pol Uolkerin 25 milyonluq mirası ona çatacaq

Avtomobil qəzasında dünyasını dəyişən aktyor Pol Uolkerin sərvətinin kimə çatacağı açıqlanıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Forsaj" filmlərinin məşhur simasının 25 milyon dollarlıq mirasına qızı Midou sahib olacaq.
 Uolkerin anası Çeril isə 16 yaşlı nəvəsinin vəkalətini təsdiqləməsi üçün məhkəməyə müraciət edib. Midou hazırda anası Rebekka Soterosla birgə yaşayır.
Qeyd edək ki, dekabrın 1-də Pol Uolker və daha bir nəfərin olduğu "Porsche" markalı avtomobil Los-Ancelesin şimalında ağaca dəyib və nəticədə maşın yanıb. Aktyor hadisə yerində həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31