Demet üçün 11 qurban kəsdi
5 Fevral 2014 16:33 MədəniyyətÖtən gün ana olan Demet Akalının həyat yoldaşı Okan Kurt bu münasibətlə 11 qurban kəsdirib. Xəsətəxana qarşısında qurban kəsilməsinə icazə verilməsə də, müğənninin həyat yoldaşını vədini tutub. O, öz iş yerinin qabağında yenicə ana olan xanımı və dünyaya gələn körpəsinin şərəfinə qurban kəsdirib. Bu arada jurnalistlərə açıqlama verən Okan körpənin də vəziyyətinin yaxşı olduğunu söyləyib: "3 kilo 700 qramdı. Hər şey yaxşıdı. Çox həyəcanlıyam, sevincdən nə edəcəyimi belə bilmirəm". Okan Hiranın ilk şəkillərinin nə zaman nümayiş olunacağı ilə bağlı suala "nəzərə çox inanırıq. Bu səbəbdən bir müddət körpəni mediadan uzaq tutacağıq. 40-ı çıxdıqdan sonra yəqin ki, ilk şəkillərini paylaşarıq" deyə cavab verib. Digər xəbər saytlarının birində isə körpənin ilk şəklinin 100 min TL-yə satılacağı, bu məbləğin xeyir iş üçün sərf ediləcəyi bildirilib.