Azərbaycanli aktyor Rusiyaya dəvət alıb
5 Fevral 2014 16:26 Mədəniyyət"Hal-hazırda ingilis rejissoru Yan Vilyem Van Den Bohdunun hazırladığı trilogiyalardan birində yaradacağım obrazla bağlı məşqlərim davam edir. Martin Maqdonaxın "Gozellik kraliçası" pyesinde cavan oğlan Rey Duli obrazını canlandıracağam. Tamaşanın sujet xəttində insanların acı yaşayışından bəhs edilir. Onlar yaxşı gün-güzəran görmək, mövcud vəziyyətdən xilas olmaq arzusu ilə yaşayırlar". Bu sözləri "OLAYLAR"a açıqlamasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Eşqin Quliyev deyib. Aktyor bununla yanaşı Viliam Şekspirin "III Riçard" əsərində də rol alıb: "Rejissor Cənnət Səlimovanın hazırladığı Viliam Şekspirin "III Riçard" əsərində lord Hestinqi canlandıracağam". E.Quliyev Rusiyaya dəvət almasından da söz açır: "Rusiyanin Moskva şəhərində hər il yay fəslində keçirilən Beynəlxalq Teatr Yay Məktəbinə dəvət almışam. İyunun əvvəllərində dünyanın ən məşhur pedaqoqları tərəfindən təşkil ediləcək təlimlərdə iştirakım gözlənilir".