Xalq artisti Ramiz Məlik Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunacaq

2014-cü il fevralın 6-da Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) uzun müddət böyrək kistasından əziyyət çəkən xalq artisti Ramiz Məlik əməliyyat olunacaq. Səhər saat 10 radələrində planlaşdırılan laparoskopik böyrək kistasının eksiziyası üzrə əməliyyat 2 saata yaxın davam edəcək.
Xəstənin yaşını və laparoskopik əməliyyatlar nisbətən yeni müalicə üsulu olduğunu nəzərə alsaq, bu əməliyyat ölkəmizdə laparoskopik uroloji əməliyyatlar sahəsində ilkə imza atan uzman həkim uroloq Rəşad Məmmədov Fərhad oğlunun rəhbərliyi altında keçiriləcək.
Qeyd edək ki, MNX-na 2 həftə öncə müraciət edən xalq artisti Ramiz Məlik sağ tərəfində kəskin ağrılardan şikayət edirdi, həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edib, sağ böyrəyin səthində kistanın olduğunu müşahidə etdilər və əməliyyat olunmasını tövsiyə etdilər. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31