Əli Mirəliyev qəzəbləndi: “Bu torpaq bizimdi”
5 Fevral 2014 14:24 MədəniyyətSənətkarların harada dəfn olunması məsələsi də son zamanlar medianın gündəmindın qaçmayıb. Bu mövzu ilə bağlı fərqli fikirlər var. Kimisi ölkəni bölgələrə ayırır, kimisi isə bölgəsizlik prinsipindən çıxış edərək deyir ki, Azərbaycanın hər yeri bizim öz torpağımızdı, hansı bölgədə dəfn olunmağın heç bir fərqi yoxdur. Elə müğənni Əli Mirəliyev də bu fikirdədi. Sənətkarların harada dəfn olunması ilə bağlı məsələyə toxunarkən Əli Mirəliyev hiddətini gizlədə bilməyib.Ə.Mirəliyev deyir ki, azərbaycanlı üçün ölkənin hansı bölgəsində dəfn olunması önəm daşımır: "Azərbaycanlı üçün fərqi yoxdu Qarabağda, ya Naxçıvanda dəfn olunsun. Bu torpaq bizimdi. Bunun heç bir əhəmiyyəti yoxdu. Ölkəni bölgələrə bölüb, filankəs Qarabağlıdı, ya Şirvanlıdı deyə bilmərik. Amma vətəndaşlarımızın, o cümlədən də sənətkarlarımızın xaricdə dəfn olunmasının tərəfdarı deyiləm. Qətiyyən, bu düz deyil. Qarabağ işğal olunub, yazıq Ağdamlı neyləməlidi, harada dəfn olunmalıdı? Nə fərqi var, Bakıda olsun, ya Şirvanda". Xalq artisti Mübariz Tağıyev isə fərqli fikirdədi. O deyir ki, sənətkar harda doğulubsa orda dəfn olunsa yaxşıdı: "Məncə hər bir sənətkar doğulduğu torpaqda, şəhərdə dəfn olunmalıdı. Belə olsa daha yaxşıdı. Həmin regionda onun qəbrini ziyarət edən şəxslər bilsin ki, bu sənətkarı həmin dəfn olunduğu torpaq yetişdirib". Müğənni bugünki gündə sənətdə xidməti, izi olan sənətkarlara layiqincə qiymət verildiyini, məhz bu xidmətlərinə görə Fəxri Xiyabanda dəfn olunduqlarını deyir. "OLAYLAR" İA.