Gənc ədiblərlə görüş keçiriləcək
5 Fevral 2014 13:36 Mədəniyyət26 yanvar-7 fevral tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "2 fevral Gənclər Günü"nə həsr edilmiş "Gəncliyin səsi" incəsənət festivalı keçirilir.
Gənclərin iştirakı ilə muğam və klassik konsertlərin, sərgilərin təşkil olunduğu Festival çərçivəsində, fevralın 5-də saat Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında gənc ədiblər Fərid Hüseyn, Vüsal Nuru, Xəyal Rza, Elşad Ərşadoğlu, Vəfa Mürsəlqızı, Günel Şamilqızı, Arzu Hüseyn və Ramil Əhmədin iştirakı ilə "Poeziya saatı" keçiriləcək. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31