Şair-dramaturq Asim Yadigarın yubileyi keçirilib

Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigarın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. Şairin kitab və dövri mətbuatda işıq üzü görən məqalələrindən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının ictimai-mədəni həyatındakı fəaliyyətinə görə tanınmış şair-dramaturq Asim Yadigar NMR Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunub. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31