ŞOK! Azərbaycanlı müğənni rus qızını zorla qaçırdı
Parapsixoloq Nadim həyacan təbili çaldı
5 Fevral 2014 12:38 MədəniyyətRusiyalı model Olqa azərbaycanlı müğənni Elvin Abbasov tərəfindən qaçırılıb. Parapsixoloq Nadim Alixanov açıqlamasında, Moskvadan yanına gələn pasienti 18 yaşlı model Olqanın gənc müğənni Elvin Abbasov tərəfindən zorla qaçıldığını bildirdi.
Parapsixoloqun onun vasitəsilə tanış olan gənclərin sonradan dostlaşdığını deyir: "Elvin qızın səmimiyyətindən istifadə edərək, sonda öz niyyətini həyata keçirməyi bacarıb." Nadim bu xəbəri Olqanın valideynlərinə çatdıranda onlar şok keçiriblər. Xəbəri eşidən qızın ata-anası təcili şəkildə Bakıya gəlməyə qərar veriblər. Onlar bu gün günorta saatlarında təyyarə ilə Bakıya gələcəklər.
Bu məsələ ilə ciddi məşğul olacağını deyən Nadim Alixanov sona qədər gedəcəyini və Elvin Abbasovun cəzalandırılmasına nail olacağını bildirdi.
Nəzərinizə çatdıraq ki, Nadim qızın valideynləri ilə birlikdə bu gün ANS TV-nin "Adam içində" proqramına gələcək. Olqa və Elvin Abbasovun proqrama qatılacağı sual altındadır. ans