Zaur Kamal: “Oğurluq ideyanı sevmirəm”

Ay Zaur kimi tanıdığımız Zaur Kamal yeni proqramla tamaşaçıların qarşısına gələcək. Bu haqda aparıcı "OLAYLAR"a açıqlamasında deyib. Zaur Kamal "Ay Zaur" proqramı kimi yeni layihənin də uğur qazanacağına inandığını  söyləyir: "Proqramın layihəsini düşünüb, uğurlu alınacağına inandıqdan sonra ilk addımımı atıram. Çalışıram ki, aparıcısı olduğum proqram fərqli olsun, oğurluq ideyanı sevmirəm. Artıq 5 il idi ki, "Ay Zaur" proqramı ilə bizi sevənlərin qonağı olurduq. Bu illər ərzində çox uğurlar qazandıq. Böyük, korifey sənətkarlarla çəkilişimiz oldu. Onlar sırasında Zeynəb Xanlarova da vardı. Bu yaxınlarda dünyasını dəyişən, mərhum sənətkar Məhəbbət Kazımov da sonuncu dəfə bizim qonağımız oldu". Yeni proqramın çəkiliş məkanının da fərqliliyiə seçildiyini deyən Zaur Kamal qısaca da olsa verlişin formatı haqda məlumat verib: "Yumoristik proqram olacaq. Yenə də sənətkarlarımızla bir masa arxasında əyləşəcəyik. Proqramın formatına görə, hər gün bir mövzu müzakirəyə çıxarılır. Ötən mövzumuz qadınların həyat yoldaşlarının telefonuna baxa bilməsi haqda idi. Çəkiliş məkanımız da fərqlidi. Məkan İçəri Şəhər dizayn üslubunda hazırlanıb."Beşdə beş" adlanan yeni proqramımız həftənin beş günü 17:00-dan 19:00-dək efirdə olacağıq". "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31