Məryəm Üzərlinin keçmiş sevgilisi doğulacaq körpəsi haqqında danışdı

Xeyli vaxtdır ki, izlənmə rekordları qıran Türkiyənin məşhur teleserialı "Muhteşem yüzyıl"ın xanım qəhrəmanı Hürrəm rolunun ifaçısı Məryəm Üzərlinin keçmiş sevgilisi Can Ateş 1 həftədən sonra doğulacaq qızı haqqında danışıb. Gün.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, C.Ateş media nümayəndələrinin "Qızınıza sahib çıxacaqsınız?" sualını cavablandırıb.
Belə ki, o, bu barədə ilk dəfə danışaraq həmişə qızının yanında olacağını deyib. "Sadəcə uşağı öz qeydiyyatıma keçirmək yox, eyni zamanda bütün həyatı boyunca maddi və mənəvi olaraq yanında olacağam. Olmadığım vaxtlarda atalıq vəzifələrimi böyük bir məmnuniyyətlə və sevgi ilə yerinə yetirəcəyəm. Qızımı heç vaxt yalnız qoymayacağam. Anası ilə ayrılsaq da, o mənim övladımdır". Xatırladaq ki, Can Ateş Məryəm Üzərlinin hamilə olduğunu birinci dəfə öyrənəndə uşaqdan imtina edərək onu istəmədiyini demişdi.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31