Məryəm Üzərlinin keçmiş sevgilisi: "Onunla ayrılsaq da ..."
3 Fevral 2014 18:27 MədəniyyətTürkiyəli aktrisa Məryəm Üzərlinin keçmiş sevgilisi, iş adamı Can Ateş bu ay dünyaya gələcək qızları haqqında ilk dəfə danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, qızını hər zaman dəstəkləyəcəyini bildirib:
"Təkcə kağız üzərində qızım olmayacaq. Həyatım boyu ona maddi və mənəvi dəstək göstərəcəyəm. Qızımı heç vaxt tək qoymaram. Anası ilə ayrılsaq da, o mənim övladımdır".
Qeyd edək ki, M. Üzərli hamilə qalmazdan bir müddət əvvəl sevgilisi ilə ayrılmışdı. C. Ateş ata olacağını bildikdə körpəni istəmədiyini demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31