Türkiyəli aktyora İtaliyadan təklif

Türkiyənin tanınmış aktyoru Mərt Fırata İtaliyadan təklif gəlib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur "Global casting" agentliyi sənətçi ilə əməkdaşlıq etmək niyyətindədir.Dünyanın nəhəng film istehsalçıları ilə işbirliyi edən agentlik aktyorların əhəmiyyətli kinolarda rol almasını təmin edir. M. Fırat təklifi qəbul edəcəyi təqdirdə Türkiyə xaricində filmə çəkilmək şanslarını artıracaq. Qeyd edək ki, Mərt Fırat ötən il təqdim olunan "Kələbəyin rüyası" filmi ilə daha çox sevilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31