Türk aktrisa vədini qəbristanlıqda pozdu
3 Fevral 2014 18:12 MədəniyyətTürkiyənin tanınmış aktrisalarından biri Tuba Büyüküstün "20 dakika" teleserialından sonra "Bir müddət heç bir filmə və seriala çəkilməyəcəyəm, istirahət edəcəyəm" demişdi. Lakin o, vədinə əməl etməyib. Belə ki, Tuba Büyüküstün "Kara para yalan aşk" teleserialında çəkilməyə başlayıb. AHT bildirir ki, aktrisa bu teleserialın hər seriyası üçün 65 min lirə qonorar alacaq. "Kara para yalan aşk" serialının çəkilişləri dünən başlanıb. İlk səhnələr İstanbuldakı Zincirlikuyu qəbristanlığında çəkilib. Qəbristanlıqda gizlicə aparılan çəkilişlərdə fotoların çəkilməməsi üçün bütün qrupun mobil telefonları da yığışdırılmışdı. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31