Gənc ifaçımız Kann festivalında

Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi olmuş əməkdar artist İsfar Sarabski Kannda keçirilən MIDEM Beynəlxalq festivalında iştirak edib. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, azərbaycanlı cazmenin solo konserti şəhərin məşhur "Majestic Bariere" otelinin "Diane" salonunda təşkil olunub. İsfar Sarabski konsertdə P.Çaykovskinin, V.Mustafazadənin əsərləri ilə yanaşı, öz kompozisiyalarını da ifa edib. Konsertdə Kann bələdiyyəsinin rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, festival iştirakçıları və digər qonaqlar iştirak ediblər. Konsert zamanı Heydər Əliyev Fondu tərəfindən çap olunmuş, klassik, muğam, caz və pop musiqi janrlarından bəhs edən kitablar və broşürlər, həmçinin gənc cazmenin diskləri tamaşaçılara təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31