Sən niyə utanmadın, Röya?
3 Fevral 2014 15:48 MədəniyyətMədəniyyət, ədəb, elə zövqün özü də ətrafımızdan qaynaqlanır. Bizi əhatə edən insanlar, ailəmiz, mühit, özümüz üçün örnək götürdüyümüz insanlar, müəllimlərimiz və s. sevdiyimiz, rəğbət bəslədiyimiz insanlara da bənzməyə çalışırıq, nümunə götürürük. Vay o gündən ki, bu sevib rəğbət bəslədiyimiz insanlar bizi təqdir olunan yox, digər istiqamətlərə çəkib aparsın. Danışıq tərzləri, hərəkətləri, hətta dünyagörüşləri ilə ətrafda olan, düşüncə tərzləri yetərincə formalaşmayan insanları da öz arxalarınca çəkib aparırlar. Özünə görə düşüncə tərzləri olan insanlara da az zərbə vurmurlar. Təbdən çıxarırlar, əsəblərini korlamaqla.
Özlərini bu dünyanın ən ağıllı, ən vacib insanları hesab edən bəzi müğənnlərimiz kimi. Onlar yalnız zövqlərimizi deyil, insanların ədəbini də korlayırlar. Zamanla gözləri öyrəşdirirlər. Ədəbi olmayan isə hansı işi desən görə bilər. Məsələn, səhnəyə alt paltarında da çıxa bilər. O birilər də ona baxıb elə küçəyə də bu cür çıxacaq. Bu günlərdə verdiyi konsertdə səhnəyə nə geyim olduğu bilinməyən paltarda çıxan Röya kimi. Bu geyim onun və onun kimi insanların nə gözəlliyinin, nə varlı olmasının, nə də zövqlü olmasının göstəricisidir. Belələri sadəcə cahil insanlardır. Peyğəmbər də insanın ən böyük düşməninin cahillik olduğunu bildirib. Cahil insan nə desən edə bilər. İrfan-düşüncə olmalıdır insanın daxilində, səhnəyə çıxan milyonlarla insanın qarşısında çıxış etmək iqtidarında olan, bu cəsarəti özündə tapan insan əvvəlcə özünü tanımalıdır. Röya səhnəyə alt paltarında çıxmaqla özünü yeni ampulada təsdiq etmək, yenilik etmək niyyətinə düşüb. Sirk meymunları bundan daha ədəbli geyimdə olur. Amma biz röyaları sevirik. Alqışlayırıq. Milyonlar qazanmasına və əvəzində xalqı təhqir etməsinə izn veriririk. Onun kimilər düşünür ki, cibində pulu varsa, demək hər kəsdən, hamıdan artıqdır və ağıllıdır. Deməli ürəyi nə istəyirsə, onu da edə bilər. O və onun kimiləri cahildir, bəs bizə nə düşüb? "Mənəm" deyir müğənni. Belə deyək ki, bu gün Azərbaycan gəncləri mənəm deyən "müğənnilərin" əsirinə çevirilib. Hamı görür ki, müğənnilər soyunmaqla, ədəbsiz müsahibələr vermək, insanları təhqir etməklə ad-san qazanır, hörmətə layiq olur. Və təbii ki, onun davamçıları artacaq. Hər kəs onun kimi olmaq istəyəcək. Diqqət çəkməyin ən asan yolunu seçəcək. Biz izn vermədiyimiz müddətcə bu cür insanlar zövqümüzü korlaya bilməzlər. Nəyə görə biz hansısa bir konsertə, verilişə baxanda zövq almaq əvəzinə, xəcalət çəkməliyik? Amma bu vəziyyət davam edəcək. Röyalar səhnədə çılpaq oxuyacaqlar. Efirdən ağızlarana gələn ifadələri işlədəcəklər. Ta o zamana kimi ki, Heydər Əliyev Sarayında konsert verə biləcək, "sənəti" sayəsində milyonlar qazanacaq, milyonların şıltaq röyası olacaq. O zamana kimi ki, əsl istedadın, insanlığın, ədəbin, bizi doğru yolu götürəcək insanların dəyəri blinəcək. Biz hələ bu səhnədə çox "hoqqaların" şahidi olacağıq.
Və birdə... biz niyə Röyanın alt paltarını görməliydik? Və bir sual: O alt paltarında səhnəyə çıxanda sən niyə utanmadın, Röya?
Aydilək