Azərbaycan milli geyimləri özbək telekanalında
3 Fevral 2014 14:11 MədəniyyətÖzbəkistanın "Dunyo boylab" telekanalı "Dünya xalqlarının milli libasları" silsiləsindən verilişlər hazırlayır. Telekanalın bu silsilədən növbəti verilişi Azərbaycan milli geyimlərinə həsr olunub. "Azərbaycan milli libasları" verilişində xalqımızın tarixi, mədəniyyəti, ölkəmizin şəhərləri, adət-ənənələri haqqında məlumat verilib, Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi uğurlar, həyata keçirilən layihələr haqqında söhbət açılıb. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31