Dəmət Akalını tənqid etdiyi üçün məhkəməyə veriləcək
3 Fevral 2014 19:24 MədəniyyətTürkiyəli müğənni Dəmət Akalın sosial şəbəkədə tənqidə məruz qalıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnstaqramdakı izləyicilərindən biri qızına gələn hədiyyələrin fotosunu paylaşdığına görə sənətçini qınayıb. Buna olduqca əsəbiləşən Dəmət əvvəlcə izləyiciyə qadağa qoyub, daha sonra isə onu məhkəməyə verəcəyini bildirib: "İzmirdən vəkil axtarıram. Tutduğunu qoparan biri lazımdır. Qadın olsa, daha yaxşı olar. Qadınlar aqressivdir".
Həmin şəxsin İnstaqram səhifəsini bağladığını bilən ifaçı "Qorxunun əcələ faydası yoxdur" deyərək qətiyyətini göstərib.
Qeyd edək ki, iş adamı Okan Kurtla evli olan Dəmət Akalın 8 aylıq hamilədir. Müğənninin Hira adlı qızı bu ay dünyaya gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31