Məşhur aktyor evində ölü tapıldı
3 Fevral 2014 19:30 Mədəniyyət"Oscar" mükafatı laureatı ABŞ-lı məşhur aktyor Philip Seymour Hoffman Nyu-Yorkda yerləşən evində ölü vəziyyətdə tapılıb. Qolunda iynə izləri aşkarlanan 46 yaşlı aktyorun həddindən artıq dozada narkotik qəbul etməsi səbəbi ilə həyatını itirdiyi açıqlanıb.
Qeyd edək ki, tanınmış aktyor 2005-ci ildə rol aldığı "Capote" adlı filimi ilə karyerasının zirvəsinə çıxmış və bu filmdəki roluna görə "Oscar" mükafatı qazanmışdı. azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31