Xərçəngdən əziyyət çəkən ifaçının ailəsindən şad xəbər
Janna Friske ailəsinin şad günündə övladından kənarda ABŞ-də ən yaxşı ankoloji klinikalardan birində müalicə olunur
3 Fevral 2014 19:05 MədəniyyətXərçəng xəstəliyindən əziyyət çəkən rusiyalı məşhur müğənni Janna Friskenin ailəsindən şad xəbər var. İfaçı və teleaparıcı Dmitri Şepelevin 9 aylıq oğlu Platon ilk addımlarını atıb. Bu barədə sisial şəbəkələrdə Rusiyanın "Birinci kanal"ının fotoqrafı Ruslan Roşupkin xəbər verib.
Janna Friske ailəsinin sevimli günündə ABŞ-da ən yaxşı ankoloji klinikalardan biri olan Memorial Sloan-Kettering-də müalicə olunur. Amerikada sənətçi ilə birlikdə həyat yoldaşı Dmitri Şepelevdən əlavə olaraq Jannanın ən yaxın rəfiqəsi Olqa Orlova ona dəstəkdir.
Qeyd edək ki, Janna Friski xərçəng xəstəsi olduğu barədə çoxdan məlumatlı olub. Buna baxmayaraq həmin zaman müğənni hamilə olduğu üçün müalicə almayıb. Müğənni xəstəliyini mediadan da gizlin saxlayıb.ans