Muxtar Şaxanovun romanı Azərbaycan dilinə tərcümə edilir
3 Fevral 2014 11:52 MədəniyyətTanınmış qazax yazıçısı Muxtar Şaxanovun "Həqiqət formulu və sevginin Everest zirvəsindəki təntənəsi " romanı Azərbaycan dilinə tərcümə olunur. Bu barədə "OLAYLAR"-a məlumat verən Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, kitabın Azərbaycanda geniş bir təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub: "Yaxın vaxtlarda sözügedən kitabın Azərbaycan dilinə tərcümə prosesi başa çatacaq. Mart-aprel aylarında Bakıda həmin kitabın təqdimat mərasimini keçirməyi planlaşdırırıq". Nüsrət Məmmədov deyib ki, kitabın təqdimat mərasimində iştirak etmək üçün Qazaxıstan və Qırğızıstandan çox məşhur simalar Azərbaycana gələcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31