QHT sədrinə yaraşmayan mahnı VIDEO

Qurbanəli Ömərin "nömrəsi bağlandı"

Gənc ifaçılar Nurçin Quluzadə və Elnur Muradzadənin oxuduqları yeni mahnı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, "nömrən bağlıdı" adlanan mahnıya münasibət birmənalı olmayıb. Bəzi gənclər bu mahnının meyxana janrında olduğunu və gənclərin yaradıcılığına yaraşdırmadıqlarını bildiriblər. Onlar hər zaman səviyyəli musiqilərlə sükutu pozan Nurçinin bu dəfə bomba kimi gündəmə düşən mahnısını bayağı mahnıları ilə tanıdığımız Üzeyir Mehdizadə səviyyəsində olduğunu qeyd ediblər. Bəziləri Nurçinə nə oldu, özünü Üzeyrə bənzətmək istəyirsən, bəziləri isə Üzeyir "dirilib" kimi ifadələrlə gənclərə sataşıblar.

Qeyd ədək ki, mahnının müsiqi də məhz  gənc bəstəkar Nurçin Quluzadəyə məxsusdur.

N. Quluzadə indiyədək bir çox mahnılara musiqilər bəstələyib. Lakin onun bu  dəfə belə bir formada musiqi ortaya qoyması təəccüblə qarşılanıb. Etiraf etmək lazimdir ki, mahnı daha çox meyxana stillidir. Belə musiqilərin tez bir zamanda şöhrət tapması, geniş yayılması bəzi gənclər tərəfindən narahatlıqla qarşılanır. Çox təəssüflə qeyd etmək lazimdir ki, artıq şou- biznesimiz də bu tip mahnılara meyillidir. Tanınmış müğənni Əli Mirəliyevinn də  daim sataşdığı və lağla lo binzes adlandırdığı hazırkı şou biznesimizə məhz belə musiqilərimizin meyl etməsi bəzi gənclər təşkilatları tərəfindən də xüsusilə tənqid olunub. Bəyənilir, biz də oxuyuruq prispi ilə razılaşmayan intelektual gənclər belə halla mübarizə aparmağın lazım olduğunu bildirirlər.

Xatırladaq ki, sözügedən mahnının da sözləri ölkənin ən güclü gənclər təşkilatlarından biri olan "Gənclərin Söz Birliyi" İB- in sədri, gənc yazar Qurbanəli Ömərə məxsusdur.  " Nömrən bağlıdı" halına salınan nəğmə Qurbanəli Ömərin " Səni axtarıram" adlı şeirinin sözlərinə yazılıb. QHT sədirin hələlik bu haqda istər sosial şəbəkədə, istər sə də, mediada hər hansı bir açıqlamasına rast gəlinməyib. Onu da vurğulamaq istərdik ki, Qurbanəli Ömərin rəhbərlik etdiyi "Gənclərin Söz Birliyi" indiyədək bir neçə dəfə bayağı musiqilərə qarşı kampaniyalara qoşulub və bu istiqamətdə mübarizə yolu tutub.

Sözügedən mahnını sizlərə təqdim edirik :

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31