Müğənni bu klipə görə 250 minlik maşından imtina edibmiş VIDEO
31 Yanvar 2014 13:28 MədəniyyətXəbər verdiyimiz kimi gənc müğənni Afaq Aslan yeni klip üzərində çalışırdı. Xeyli zamandır bəhs olunan yeni iş artıq hazırdır və dünən gecədən etibarən internet istifadəçilərinin ixtiyarına buraxılıb. Müğənninin OLAYLAR-a verdiyi məlumata görə, o, sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus "Sənə görə" mahnısının remix versiyasına ekran həyatı verib. Mahnının yeni versiyasını aranjmançı Erhan Bayrak hazırlayıb. Klipin rejissoru Rəhman Əliyev operatoru isə Cavid Orucovdur. "Sənə görə"də müğənninin xarici görünüşü üzərində Elnur Həsənov və Hüseyn çalışıb.
Məhz bu klipə görə, Afaqın 250 minlik "Bentley"dən imtina etməsi haqda xəbərlər də yayılmışdı. Bunun açıqlamasının klipin nümayişindən sonra olacağı qeyd olunmuşdur. Odur ki, klipə baxın.