Bülənt Ərsoy 3 milyona 2 villa aldı

Türkiyəli müğənni Bülənt Ərsoy hərəsi 1 milyon 500 min türk lirəsi dəyərində iki villa alıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgilisi Berk Yılmazla sakit bir həyat arzulayan Bülənt yanında qonşularının olmasını istəmədiyini söyləyib. Mülklərinə 3 milyon türk lirəsi ödəyən Ərsoy bələdiyyə işçiləri ilə də görüşüb. Onlara təşəkkür edən müğənni müxtəlif hədiyyələrlə bələdiyyə işçilərini sevindirib. Sənətçi həmçinin onunla şəkil çəkdirmək istəyənlərin də qəlbini qırmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31