Seda Sayanın verilişinə 650 min cərimə

Türkiyəli müğənni Seda Sayanın "Qayınana-gəlin, Sedaya gəlin" verilişi Radio və Televiziya Şurası (RTÜK) tərəfindən cərimələnib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb sənətçinin proqramda aşırı reklama yol verməsi olub.
Belə ki, ifaçı verilişdə təqdim olunan hədiyyələrin məxsus olduğu brendləri bir neçə dəfə vurğulayıb. RTÜK reklamın qanunauyğun olduğunu, lakin Seda Sayanın buna həddən artıq yol verdiyini bildirib. Bu səbəbdən veriliş 650 min lirə (təxminən, 260 min AZN) məbləğində cərimələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31