Məşhur aktrisa ayda 400 min qazanır

Türkiyənin "Star" televiziyasında yayımlanan "Medcezir" serialının baş rol ifaçısı Serenay Sarıkaya ay ərzində qazandığı məbləği açıqlayıb. Bu barədə mətbuat mənsublarına açıqlama verən tanınmış aktrisa seriala çəkildiyi müddətdən sonra bir ay ərzində 400 min TL qazandığını deyib. "Serialdakı "Mira" rolu mənə çox düşərli oldu. Həftədə bir dəfə çəkiliş olur və hər çəkilişə görə 100 min TL alıram. Bu mənə yetəcək bir məbləğdir".
Qeyd edək ki, Sarıkaya serialın yayımlandığı ilk aylarda hər seansa görə 15 min TL alırdı. azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31