Cennifer Lopes sirrini açdı

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Cennifer Lopes "Glamour" jurnalına müsahibə verərək fotosessiyaya çəkilib.
AHT  bildirir ki, 44 yaşlı müğənni və aktrisanın dediyinə görə, indiki vücudunu sürəkli, fasiləsiz olaraq pəhriz saxlayaraq məşq etməsinə, bir də bir dondurmanı sonadək yeyə bilməməsinə borcludur.
"Bir dondurma yesəm, qusaram. Özümü pis hiss edərəm. Az yemək artıq yaşam tərzimə çevrildi. Məşqləri də unutmuram və sərt intizamım var", - Lopes deyib.
Daha sonra o, özündən 18 yaş kiçik sevgilisi, rəqqas Kasper Smartla münasibətlərindən danışıb: "Əgər hansısa münasibəti mükəmməl saymırsınızsa, o əlaqələri mütləq bitirin. Həmin adamdan uzaqlaşmaq gərəkdir. Bir az xaosdan xoşlanıram. Amma sevdiyim insanla münasibətlərdə etibarlılığa, sədaqətə üstünlük verirəm". milli.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31