Nejat İşlərdən sevindirici xəbər

Bir müddətdir ağır vəziyyətdə xəstəxanada müalicə olunan türkiyəli aktyor Nejat İşlərin vəziyyəti nisbətən yaxşılaşıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acıbadem xəstəxanasının baş həkimi sənətçinin səhhəti ilə bağlı danışıb. O, aktyoru süni tənəffüs cihazından ayırdıqlarını bildirib. Sərbəst nəfəs ala bildiyi üçün Nejat İşlər yaxınları ilə ünsiyyət qura bilir. Sənətçinin uzun müddət danışmasına icazə verilmir.
N. İşlərin orqan çatışmazlığı problemi də aradan qalxıb. Buna baxmayaraq, o, bir neçə gün də reanimasiyada qalacaq.
Aktyorun həkimi reanimasiyaya onun ailə üzvlərindən başqa heç kimin buraxılmayacağını da vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31