İstanbulda turizm sərgisi keçiriləcək

Cari ilin 30 yanvar-2 fevral tarixində Türkiyənin İstanbul şəhərində "EMİTT 2014" Beynəlxalq Turizm Sərgisi krşiriləcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti tədbirə qatılacaq. Həmçinin sərgidə ölkəmizdə fəaliyyət göstərən 6 turizm şirkəti, "Greenwich travel", "Millennium Tourism and Congress", "Gilan tourism", "Regea travel", "Geo travel", "Proxy travel" və 4 mehmanxana, "Rixos Quba Azerbaijan", "Jumeirah Bilgah Beach hotel", "Divan Express hotel", "Təbriz hotel" iştirak edir. Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 70 kv.m sahədə lövhə quraşdırılıb. ("OLAYLAR"İA)  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31