Müğənni on bir ayda 12 kiloqram arıqladı
30 Yanvar 2014 12:51 MədəniyyətYeni ilə yeni repertuarla başlayan İlahə İbadova ən son yazdırdığı nəğmələri bu günlərdə televiziya və radio dalğasından səsləndirəcək. Hələlik isə sənətçi çəki azaltmağa qərarlıdır. Ekrandan bir qədər dolu göründüyünə görə, kompleksi üzərindən atmaq istəyən sənətçi pəhriz saxlamaq qənaətinə gəlib. "Pəhriz proqramlarım var. Amma nə pəhriz, nədə idman etmədim. Sadəcə gündəlik qidama diqqət ayırdım. Az yeməklə xeyli çəki itirdim. Səhhətimdə də əks təsir olmadı" - deyən sənətçi son bir neçə ayda 12 kq arıqlaya bildiyini söyləyib. Daha 5-6 kq arıqlayandan sonra, İlahə İbadova arzuladığı formanı alacağına əmindir. Yaradıcılığı isə yeni mahnıların təqdimatı ilə bitmir. Həmin mahnılardan ürəyə yatan birinə ekran həyatı veriləcək. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31