Stradivarius skripkası oğurlandı

300-illik skripkanın bir neçə milyon dollar dəyəri olduğu bildirilir

Amerika Birləşmiş Ştatlarının Miluoki şəhərində 300-illik Stradivarius skripkası oğurlanıb. Dəyəri yüksək olan musiqi aləti Miluoki Simfonik Orkestrının aparıcı skripkaçısının məruz qaldığı silahlı soyğun zamanı naməlum şəxslər tərəfindən oğurlanıb. Polisin məlumatına görə, soyğun orkestr yerli kolleclərdən birində çıxış etdikdən sonra baş verib. Oğurlanan skripkanın 2006-cı ildə 3,5 milyon dollara satılan digər bir Stradivarius skripkası ilə təxminən eyni dəyərə malik olduğu bildirilir. Miluoki Simfonik Orkestrının aparıcı skripkaçısı da 1715-ci ildə hazırlanan skripkanı bir neçə il əvvəl hərracda bir neçə milyon dollara almışdı.
Viskonsin ştatının polisi skripkanı oğurlayan şəxslərin axtarışına başlayıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31