Aygün Kazımovanın ad günündə 1000 AZN yığması ilə bağlı açıqlama - ŞOK

Aygün Kazımovanın ad günü mərasimində pul yığılması ilə bağlı xəbərə möhtəşəm gecənin bir nömrəli təşkilatçısı Tolik açıqlama gətirib. Mövqe.az ilə fikirlərini bölüşən prodüsser bildirib:
" Bu nə xəbərdir axı ? Yalan-yalan yazırlar. Elə şey olmayıb. Başa düşə bilmirəm, Aygünə gələn zinət əşyaları, brilliantları göstərməli idi? Ad günündə sadəcə ətir, zinət əşyaları, tort və s. kimi hədiyyələr olub. Təkcə İlhamə Quliyeva konvert təqdim edib. O, da ki, pul olamyıb, qiymətli kağız olub. Onun da əvəzinə Aygün xanım nə istəsə ala bilər. Başqa heç kim Aygünə konvert təqdim etməyib. Axı kim Aygünə pul verə bilər? Sizcə Aygün Kazımovanın pula ehtiyacı var?Həm də ki, həmin gün Aygün Kazımovanın toyu yox, ad günü idi ".

Tolik gecəyə sərf olunan pulun miqdarını açıqlamasa da bildirib: " Biz o qədər xərc çəkib, ad günü etmişik. Miqdarı açıqlaya bilmərəm, amma hər şey göz önündə idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31