Leonardo Di Kaprionun qardaşı həbs edildi

Aktyor Leonardo Di Kaprionun ögey qardaşı Adam Farrar həbs edilib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, narkotik maddələrin istifadəsində və oğurluqda ittiham olunur. 42 yaşlı A. Farrara uzunmüddətli həbs cəzası verilə bilər. Keçmiş aktyor 2000-ci ildə qətl hadisəsində təqsirləndirilib.
Qeyd edək ki, Leonardo Di Kaprionun aktyorluğa gəlməsində Adam Farrar mühüm rol oynayıb. Onun uğurlu karyera qurması Leonu da bu sənətə gəlməyə sövq edib. Sonradan Adam kölgədə qalsa da, L. Di Kaprio Hollivud ulduzuna çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31