Mehmet Əli Erbil özündən 30 yaş kiçik sevgilisi ilə...

İndiyədək 4 dəfə ailə qurmuş məşhur türk şoumen Mehmet Əli Erbilin "eşq macəra"ları tükənmir. 56 yaşlı Erbil indi də özündən 30 yaş kiçik aktrisa və model, 26 yaşlı Bade Noqayla birlikdədir. AHT bildirir ki, Türkiyənin Fox TV telekanalında ötən yayda başa çatmış "Harem" serialında baş rolları Levent Üzümçü və Nurseli İdizlə paylaşmış Mehmet Əli Erbil yeni sevgilisi ilə də çəkilişlərdə tanış olmuşdu. B.Noqay "Harem"in bir neçə seriyasına çəkilmişdi. Erbille Noqay medianın diqqətindən uzaq durmaq üçün tez-tez Kiprə yollanırlar. Həftənin bir neçə gününü B.Noqay məşhur şoumenin villasında keçirir. Boşanmış Bade Noqayın Ceylin adlı qızı var. Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31