Demet Akalın təqibçisi ilə dava etdi

Gələn həftə ana olacaq müğənni Demet Akalın gecə yarısı ona mesaj yazan təqibçisinə əsəbləşib. Paylaşdığı statusda "bu necə hörmətsizlikdi. Gecə saat 03:30-da sənin mesajına niyə oyanmalıyam? Xanımın doğum günüymüş. Mənə nə. Vallah əsəbdən yata da bilmirəm" deyə aqressiv münasibət bildirib. Müğənninin bir çox təqibçiləri həmin mesajı yazan istifadəçini spamlasa da, bu hərəkətinə görə Demetə qəzəblənənlər də az olmayıb. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31