Həm işini, həm sevgilisini itirdi

Türkiyəli aktrisa Ceren Hindistan işini və sevgilisini itirib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin rol aldığı "Firuzə" serialı uğursuzluğa düçar olub. Belə ki, rəqabətə davam gətirə bilməyən və reytinqi aşağı olan filmin çəkilişi dayandırılıb. Bu azmış kimi, teleserialın rejissoru, Cerenin sevgilisi olan Murad Tokat aktrisanı tərk edib. Səbəb C. Hindistanın çəkiliş zamanı özünü yüngül və ərköyün aparması olub.
Qeyd edək ki, Ceren Hindistan 2007-ci ildə Türkiyədə gözəllik yarışmasının finalçısı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31