Səvənləri Çağatay Ulusoya göz açmağa imkan vermir
29 Yanvar 2014 19:10 MədəniyyətTürkiyəli aktyor Çağatay Ulusoy məşhurluqdan "əziyyət çəkir". Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi çox sayda pərəstişkarı olduğu üçün küçədə rahat gəzə bilmir. Aktyor bu günlərdə mağazadan çıxarkən sevənləri hücumuna məruz qalıb. Əksəriyyətini gənc qızların təşkil etdiyi pərəstişkarlar Çağataya maşınına əyləşməyə imkan verməyib. Yaxınlıqda olan asayiş keşikçisinin müdaxiləsindən sonra Ç. Ulusoy rahat nəfəs ala bilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31