Röyanın konsertində oğlu səhnəyə çıxdı
29 Yanvar 2014 11:22 MədəniyyətDünən müğənni Röyanın Heydər Əliyev Sarayında "Mənəm" adlı konsert proqramı baş tutub.
Gecce.az-ın məlumatına görə, ifaçının 4 günlük konsertinin ilk günü böyük alqışlarla keçib. Röya sevənləri üçün yeni və köhnə mahnılarını ifa edib. Müğənni səhnədə geyindiyi libası hamının marağına səbəb. Amma ən marağlı məqam isə gecənin aparıcısı Murad Dadaşov tamaşaçıların arasında əyləşən, Röyanın həyat yoldaşı, Anarı və oğlu Hüseyni səhnəyə dəvət etməsi olub.
Konsertdə Röyanın sənət yoldaşları da onu tək qoymayıb. Belək ki, gecədə əməkdar artist Abbas Bağırov, ifaçılardan Sevda Yəhyayeva, Samir Cavadzadə, Zamiq, rəqqasə Fatimə, bəstəkar Nailə Mirmmədli, aparıcı Muard Arif iştirak ediblər.
Qeyd edək ki, Röyanı konsert zamanı rəqs qrupda müşayət edib.