Aygün Kazımovanın möhtəşəm ad günündən görüntülər
Gecədə baş verən özəl məqamlardan biri də, qonaqların hər birinin məclisə fərqli obrazda qatılmaqları olub
28 Yanvar 2014 16:53 MədəniyyətXalq artisti Aygün Kazımova ötən gün özünə möhtəşəm doğum günü keçirib. Gecədə Azərbaycan şou-biznes nümayəndələrinin əksəriyəti iştirak edib. Ad gününü təşkil edən prodüser Tolikin öncədən dediyi kimi tədbir xoş anlarla yadda qalıb.
Gecədə baş verən özəl məqamlardan biri də, qonaqların hər birinin məclisə fərqli obrazda qatılmaqları olub. Gecənin səbəbkarı Aygün xanım isə məkana fayton ilə "Şahzadə" obrazında qatılıb. Ad gününə dəvət olunan sənətçilər xalq artistini hədiyyə atəşinə tutublar. Ötən günlərdə Bakıya qonaq gələn türkiyəli ifaçı Tuğba Ekinci də orada iştirak edib və Rəqsanə İsmaylova ilə birlikdə "İnanımmı" mahnısını ifa edib.
Gecə saat 3-ə qədər davam edən doğum günü olduqca şən keçib. Sənətçilər bir birindən fərqli ifaları ilə tədbiri rəngləndiriblər.
Aygün Kazımovanın doğum günündən olan fotoları sizə təqdim edirik: ans