"Başımı keçəl edib döymə vurduracam"

"Alaqaranlıq" filmi ilə izləyicilərin sevimlisinə çevrilən aktrisa Kristen Stüart diqqət çəkən açıqlama verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, işi ilə əlaqədar olaraq istədiyi saç düzümündən istifadə edə bilmədiyini bildirir. 23 yaşlı aktrisa saçları ilə bağlı ən böyük arzusunu açıqlayıb:
"Bir gün saçlarımı dibindən kəsdirib keçəl olacağam, daha sonra isə döymə etdirəcəyəm. Bunu uşaqlıqdan bəri arzulayıram".
Qeyd edək ki, K. Stüart uzun müddət "Alaqaranlıq" filmindəki tərəf müqabili Robert Pattinsonla yaşadığı eşq münasibəti ilə gündəmdə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31