Yusif Mustafayev dəfn mərasimində yaşanan olayları təkzib etdi

"Mediada yazılar ki, Yusif Mustafayevin halı pisləşib, ürəyi gedib. Belə şey olmayıb. Tövbə, tövbə. Balalarımın canına and içərəm ki, belə şey olmayıb. Görün necə yanlış məlumat yazırlar" bu sözləri "OLAYLAR"a açıqlamasında ötən gün dünyasını dəyişən əməkdar artist Məhəbbət Kazımovun yaxın sənət dostu Yusif Mustafayev deyib. O, dəfn mərasimi haqda danışaraq axşam saatlarında mərhumun yaxınlarına baş çəkəcəyini söyləyib: " 12:00-da mərhumu yerdən götürüb Xırdalan qəbrstanlığında dəfn elədik. Dəfn mərasimində bizim yaşımızda olan sənətkarlarla yanaşı gənc ifaçılar da iştirak edib. Bir azdan evinə gedib ailə üzvlərinə baş çəkəcəyəm". Qeyd edək ki, bir neçə dəqiqə bundan öncə müxtəlif media orqanlarında "Bu gün dəfn edilən Azərbaycanın əməkdar artsiti Məhəbbət Kazımovun dəfnində iştirak edən həmkarı Yusif Mustafayevin halı pisləşib" tipli xəbərlər yayılmışdı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31