Aparıcı Castin Biberin CD-ni qırdı VIDEO
Teleaparıcı canlı efirdə əsəblərini cilovlaya bilməyib
28 Yanvar 2014 20:05 MədəniyyətBraziliyanın Rio-de-Janeyro şəhərində teleaparıcı Xose Luiz Datena canlı yayımda əsəbləşərək müğənni Castin Biberin CD-ni qırıb. Buna səbəb isə, teleaparıcı Biberi tənqid etdiyinə görə onun Tvitter səhifəsinə təhqiramiz sözlərin gəlməsi olub.
Teleaparıcı Biberin bir müddət əvvəl törətdiyi qanunsuz əməllərinə görə pis nümunə olduğunu deyib. "Mən bu uşağın qanun tərəfindən saxlanıldığını bildirirəm. Biberin pərəstişkarları isə bizim və ailəmizin şəxsiyyətini təhqir edirlər", - deyə sözlərini ifadə edib.
Qısa fasilədən sonra isə, CD-ni yerə ataraq qırıb və bu cür fikirlərə əhəmiyyət verməydiyini bildirib. Biberin tərbiyəsiz bir uşaq olduğunu vurğulayan aparıcı onun pərəstişkarlarına özlərinə yeni bir ideal tapmasını tövsiyə edib.