Məhəbbət Kazımov dəfn edildi VIDEO
Sənətçi Xırdalan qəbristanlığında torpağa tapşırılıb
28 Yanvar 2014 14:24 MədəniyyətYanvarın 27-də dünyasını dəyişən Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov dəfn edilib. Sənətçi Xırdalan qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində izdiham müşahidə edilib. Mərasimdə sənətçinin ailə üzvləri ilə yanaşı dostları və həmkarları da iştirak ediblər.
***
Ötən gün səhər saatlarında dünyasını dəyişən Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov dəfn edilir. Sənətçi ilə vida mərasimi bu gün öz yaşadığı evdə keçirilib. Mərasimə sənətçinin bir çox dostları və həmkarları qatılıblar. Daha sonra M.Kazımovun cənazəsi Xırdalan qəbristanlığında dəfn edilmək üçün adıçəkilən şəhərə aparılır. Mərasimdə müğənninin "Laçınım" mahnısı səsələndirilir.
Qeyd edək ki, mərhumun oğlu Rəşid Kazımov atasının şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib. "Qripə yoluxmuşdu. Bu xəstəlik atama pis təsir etdi. Onun vəziyyətini ağırlaşdırdı". ans