Məşhur müğənninin gizli sevgilisi ortaya çıxdı

Türkiyəli sənətçi Hande Yenerin 2 ay öncə, "Gözəl bir eşq yaşayıram, amma adını söyləmərəm" dediyi adamın "Müsəllat" filmində rol alan aktyor Ozan Öğüt olduğu ortaya çıxdı. Haberler-in verdiyi məlumata görə, cütlük dünən gecə Beyoğlunda görüntülənib. Hande Yener əvvəl üzünü gizləyib. Sevgilisi isə kameraları görüncə Hande Yenerə sarılıb poz verib. Hande Yener 41, Ozan Öğüt isə 28 yaşındadır. Aralarınakı 13 yaş fərq hər ikisi üçün də problem deyil. Çünkü eks sevgililərinə baxsaq, Hande Yenerin gənclərdən, Ozan Öğütün isə yetkin yaşlı qadınlardan xoşlandığını görmək olar.
Hande Yener daha öncə də özünə 10 yaş kiçik aktyor Kadir Doğulu ilə 3 il birlikdə olmuşdu. Ozan Öğütün daha öncəki sevgilileri 50 yaşlı Yonca Evcimik ilə 56 yaşlı Çiğdem Kayalı idi. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31