Türkiyəli müğənni: "Bakıda mənə Türkiyədəkindən çox hörmət edirlər"

Türkiyəli müğənni Tuğba Ekinci bu gün Bakıda mətbuat konfransı keçirib

Türkiyəli müğənni Tuğba Ekinci bu gün Bakıda mətbuat konfransı keçirib. ANS PRESS-in məlumatına görə, sənətçi Rəqsanə İsmayılovanın "İnanımmı" mahnısını səsləndirib ona klip çəkdirəcəyini bildirib.Qardaş ölkənin məşhur sənətçisi yerli media nümayəndələrini və bəzi sənətçiləri başına toplayıb. Rəqsanə ilə birlikdə mahnının və klipin təqdimat mərasimini keçirib. Tuğba xanım işbirliyi ilə əlaqəli fikirlərini bölüşüb: "Rəqsanə xanımla birgə "İnanımmı" mahnısı studiyada cəmi 4 saat ifa etdim. Oxuduqdan sonra bu mahnıya Zöhrab Ağayev klip çəkdi. Onu da deyim ki, burda mənə Türkiyədən daha çox hörmət edirlər. Nəzərinizə çatdırım ki, azərbaycanlı sənətçilərdən Röya, Aygün Kazımovanı tanıyıram. Ancaq düşünmürəm ki, Röya və Aygün Kazımova ilə duet oxuyum. Çünki Rəqsanə xanımı çox bəyəndim və onun repertuarında olan "Gedirəm", "Yuxumda" bəstələrinə müraciət edəcəm" -deyərək Tuğba bildirib.Tədbirdə media nümayəndələri ilə yanaşı müğənni Rəqsanə, Tuğbanın müraciət etdiyi rejissor Zöhrab Ağayev, aparıcı Sərxan Kərəmoğlu, əməkdar artist Firuzə İbadova və digərləri də iştirak ediblər.Qeyd edək ki, Tuğba Ekinci 3 gün əvvəl paytaxtda yerləşən restoranlardan birinin açılışına qatılmaq üçün Bakıya gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31