“Azərbaycan ədəbiyyatı özbək dilində" adlı elmi simpozium keçiriləcək
27 Yanvar 2014 17:22 Mədəniyyət12 fevral tarixində Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Beynəmiləl Respublika Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan ədəbiyyatı özbək dilində" adlı elmi simpozium keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə
tədbir çərçivəsində bugünə qədər Özbək dilində nəşr olunmuş Azərbaycan ədəbiyyatı nümunələrinin sərgisi, habelə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə Özbək dilində çap olunmuş "XX əsr Azərbaycan şeriyyəti antologiyası" kitabının təqdimatı da keçiriləcək. ("OLAYLAR"İA)