Aktrisanı qəzəbləndirən açıqlama: Sillə də sevgini möhkəmləndirir

Tanınmış aktrisa Tuba Büyüküstün İzzət Yıldızxanının verdiyi açıqlamadan qəzəblənib. Ailəsi haqda danışan Yıldızxan "həyat yoldaşımla 22 ildir ki, evliyik. Küsdüyümüz, dava-dalaş etdiyimiz günlər də olub. Bəzən əsəbləşərək ona sillə də vurmuşam. Sillə də sevgini möhkəmləndirir. Hər ailədə bir qadın döyülüb. Bu hərəkətimi övladıma da nümunə göstərirəm". Yıldızxanın bu açıqlamasına Tuba "bəziləri aciz olduqları üçün də qürur duyur" deyə sosial şəbəkəsində şərh yazıb. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31