Arda Turanın bu hərəkəti Sinəmi “şok” etdi
27 Yanvar 2014 18:40 MədəniyyətTürkiyəli futbolçu Arda Turanla model Sinəm Kobalın münasibəti haqqında yayılan xəbərlər səngimək bilmir. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 illik münasibətlərini bitirən cütlük haqqında maraqlı məlumat yayılıb.
Televiziya proqramlarından birinin efirində Sinəmlə ayrı olduqlarını etiraf edən ulduz bu dəfə modeli incidəcək daha bir addım atıb. Belə ki, o, İspaniyadakı evində köhnə nişanlısına aid olan bütün əşyaları toplayaraq İstanbula göndərib. Evinə gələn qutuları görən Sinəm bundan çox məyus olub. Modelin dəhşətli sarsıntı yaşadığı və bütün dostlarının onu təsəlli etməyə çalışdığı deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31