Xərçəng xəstəliyinə tutulan müğənni danışdı
Janna Friske: "Bu ağır günümdə milyonlarla insan duaları və xoş sözləri mənə dəstək oldu"
28 Yanvar 2014 01:25 MədəniyyətÖtən günlərdə xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilən rusiyalı müğənni Janna Friske açıqlama verib. Rusiya mətbuatın;n verdiyi məlumata görə, Almaniyada müalicə olunan sənətçi ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Heç təsəvvür etməzdim ki, mənim və ailəmin bu ağır günündə milyonlarla insan duaları və xoş sözləri ilə mənə dəstək olacaq. Sizin qayğınız və sevginiz mənə güc verir. Çox sevinirəm ki, Rusiyada bu qədər mehriban, ürəyiyumşaq insanlar var. Mənim üçün yığılan 67 milyon rubl böyük məbləğdir. Xəstəliyimə lazım olan miqdar istifadə olunacaq. Qalan artıq pul isə ağır xəstəlikdən əziyyət çəkən uşaqlara yardım fonduna bağışlanacaq".
Qeyd edək ki, Janna Friskenin xəstə olduğu barədə xəbərlər çoxdan yayılsa da müğənninin ailəsi bu məlumatı təkzib edirdilər. Ötən həftə isə həyat yoldaşı müğənninin şəxsi saytında bu haqda yazaraq hər kəsi ona dua etməyə çağırıb. ans