Röya növbəti konsertinə bu görkəmdə çıxacaq

Röya Ayxan 4 günlük konsert proqramına ciddi hazırlıqlar görür. Tamaşaçılarının qarşısına yeni imicdə çıxacaq. Bir müddət əvvəl saçlarının bir tərəfini tam qısa kəsdirən ifaçı bu dəfə onları uzatmaq qərarına gəlib.
Yanvar ayının 28-29-30-31 Heydər Əliyev sarayında konsert verməyə hazırlaşan Röya Ayxan möhtəşəm rəqslər və şou hazırladığı diqqətdən yayınmayıb. Konserti üçün imicini yeniləyən ifaçı məşqlər zxamanı çəkdirdiyi fotolarını İnstaqram səhifəsində paylaşıb.
Qeyd edək ki, konsert proqramının ilk günü, sabah üçün biletlər satılmayıb. İfaçı həmin gün hərbçilər üçün pulsuz oxuyacağını bildirib. Qalan 3 gün üçün satılan biletlər isə satışa buraxıldığı andan bir neçə gün sonra bitib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31